| Xəbər 5376 dəfə oxunub
Qurbanovun izlədiyi futbolçu Rusiya millisinə çağırıldı

Rusiyanın 21 yaşadək futbolçularından ibarət yığmasının AÇ-2019-un seçmə mərhələsi çərçivəsində Makedoniya və Cəbəllütariq seçmələri ilə oyunlar üçün heyəti açıqlanıb.
Baş məşqçi Yevgeni Buşmanov millinin düşərgəsinə 23 futbolçu çağırıb. Onun dəvət göndərdiyi oyunçular arasında “Rostov” klubunun əslən azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyev də var.
Rusiya martın 23-də Makedoniya, 27-də isə Cəbəllütariq yığması ilə qarşılaşacaq. Ruslar hər iki matçı səfərdə keçirəcəklər.
Qeyd edək ki, A. Quliyev millimizin baş məşqçisi Qurban Qurbanovun da diqqət mərkəzindədir.