| Xəbər 4886 dəfə oxunub
İnsanlar ruhların varlığına inanır, çünki...

Amerikalı alimlərin fikrincə, adamlar ruhların mövcud olmasına müxtəlif səbəblərdən inanırlar. Bu inam, ola bilsin ki, insanın reallıqları şəxsi qavrayışı əsasında dərk etməsi ilə əlaqədardır. Belə insanların çoxu bütün ruhları məhz daha əvvəllər kimlərinsə öldüyü yerlərdə görürlər.

Alimlərin sözlərinə görə, bu, insanların daha əvvəl elə yerlərdə hansısa fövqəltəbii qüvvələrin olduğuna özlərini inandırması ilə əlaqədar baş verir. İnsanın inkişaf etmiş təxəyyülü müxtəlif səs və kölgələri ruhlara çevirir.

Ruhlara infrasəs təsirinə məğlub olan insanlar daha çox inanırlar. Eksperiment zamanı infrasəsli musiqiyə qulaq asan insanlar deyiblər ki, onlar titrəyiş və qorxu hiss edirlər. Ruhları kimyəvi zəhərlənmədən əziyyət çəkənlər də görürlər. Lakin bu, sadəcə hallüsinasiyadır. Bunu görmə səbəbi isə bəzi göbələk növləridir. Alimlərin fikrincə, hallüsinasiogen göbələklər tarixdəki mülahizələrdən birinə görə, meşədə ruhların mövcudluğunu sübut edən əlamətlərdən biridir.