|
Giorgi Kvirikaşvilinin Azərbaycana rəsmi səfəri başa çatıb

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilinin Azərbaycana rəsmi səfəri bu gün başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazirin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş nazir Giorgi Kvirikaşvilini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.