|
Hindistanda meşə yanğınlarında 9 turist yanaraq ölub

Hindistanın cənubunda Tamilnad ştatının Kuranqani rayonunda başlayan meşə yanğınları geniş miqyas alıb.

Trend-in məlumatına görə, meşə yanğınları tələfatsız ötüşməyib.

 

Belə ki, yanğınlar nəticəsində 9 nəfər həlak olub, daha 18 nəfər yaralanıb. Həlak olanların hamısının turist olduğu bildirilir. Həlak olanların arasında 4 qadın və 1 uşaq da olub.

Həlak olanların vətəndaşlığı barədə məlumat verilməyib.