|
Əfqanıstanda sutka ərzində 171 terrorçu məhv edilib

Əfqanıstanın 10 əyalətində aparılan hərbi əməliyyatlar zamanı 171 terrorçu məhv edilib.

Trend-in məlumatına görə, bu barədə Əfqanıstanın Müdafiə nazirliyinin yaydığı bəyanatda deyilir.

Bəyantda bildirilir: "Sutka ərzində 10 əyalətdə aparılan hərbi əməliyyatlar zamanı 171 silahlı məhv edilib. Onlarda 6-sı İŞİD terror qruplaşmasının üzvüdür".

 

Nazirliyin məlumatına əsasən, ən çox terrorçu Kandaqar əyalətində məh edilib - 54.

Qeyd edək ki, Əfqanıstan ərazisində İŞİD və Taliba terror qruplaşmaları fəaliyyət göstərir.