|
Opera və Balet Teatrının solisti Belarusda çıxış edəcək

Belarus Milli Akademik Böyük Opera və Balet Teatrı rəhbərliyinin dəvəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının gənc və istedadlı solisti, Əməkdar Artist Afaq Abbasova martın 13-də Minskdə çıxış edəcək.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmyerlimiz Belarusda P.Maskanyinin “Kənd namusu” operasında Santutsa rolunda çıxış edəcək.

Xatırladaq ki, A.Abbasova ötən mövsümdə Belarus teatrının səhnəsində Beynəlxalq Milad Festivalı çərçivəsində keçirilən qala-konsertdə, həmçinin C.Verdinin “Aida” operasında Aida və R.Leonkavallonun “Payatsı” operasında Nedda rollarında uğurla çıxış edib.