|
Camal Əliyev “Isle of Wight” simfonik orkestri ilə birlikdə çıxış edəcək

Azərbaycanlı violonçel ifaçısı, beynəlxalq müsabiqələr laureatı Camal Əliyev martın 16-17-də İngiltərənin Nyuport şəhərində “Isle of Wight” simfonik orkestri ilə birlikdə çıxış edəcək.

AZƏRTAC simfonik orkestrin saytına istinadla xəbər verir ki, konsertdə A.Dvorjakın 8-ci simfoniyası, U.Uoltonun violonçel üçün konserti səsləndiriləcək.

Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub.