|
Nanə, sirkə, lavanda... -

Saçlarınızın parlaq görünüşə qovuşması üçün kosmetoloqlar müxtəlif maskalar, qarışımlar təklif edirlər. Amma onlar həmişə ürəkaçan nəticə vermir. Ailem.az  yağlı saçlardan birdəfəlik qurtulmaq üçün verdiyi mükəmməl nanəli resept təqdim edir.

Tərkibi:

1 qaşıq lavanda otu

1 xörək qaşığı nanə

1 xörək qaşığı ardıc meyvəsi

250 qram alma sirkəsi

Hazırlanması və istifadəsi

Lavanda otu, nanə, ardıc meyvəsi və alma sirkəsini qarışdırın. 1 həftə gözlətdikdən sonra, qarışığı süzüb saçlarınıza masaj edərək sürtün. 1 saat sonra  yuyun. Bu qarışımdan vaxtaşırı istifadəsi mükəmməl nəticə verəcək. Bir neçə istifadədədn sonra saclarınızın necə parlaq və canlı göründüyünə siz də şahid olacaqsınız.