|
Gəncədə "Fiat", Bakıda isə "Kia" yanıb

Gəncədə və Bakıda yanğın qeydə alınıb.

FHN-dən Trend-ə daxil olan məlumata görə, Gəncə şəhəri, Nizami rayonunda olunan "FİAT" minik avtomobilinin idaretmə lövhəsi yanıb, yüksək temperaturdan ön şüşə çatlamış və günlük əriyib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

Bakı şəhəri, Yasamal rayonunda "Kia" markalı minik avtomobilinin mühərrikinin yanar hissələri yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.