|
Mətbuat Şurasının İdarə Heyətinin tərkibi genişləndirildi

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin tərkibinin genişləndirilməsi qərara alınıb.

Trend-in məlumatına görə, bu barədə məsələ Şuranın bu gün keçirilən VII qurultayında müzakirəyə çıxarılıb.

 

Təşkilat Komitəsinin qurultaya təklifində İdarə Heyətinin üzvlərinin sayının 17-dən 23-ə çatdırılması yer alıb. Məsələ ilə əlaqədar qurultay iştirakçıları Şuranın Nizamnaməsində dəyişiklik aparılmasına münasibətlərini bildiriblər və təklif qəbul olunub.