Hindistanın qərbindəki Maharaştra ştatında kimya zavodunda yanğın baş verib.
Trend-in məlumatına görə, hadisə nəticəsində 3 nəfər həlak olub.
Qeyd olunur ki, yanğına səbəb elektrik qazanının partlaması olub. İlkin ehtimallara görə, partlayış təhlükəsizlik qaydalarına əməl olunmaması nəticəsində baş verib.
Bildirilir ki, yanğın 3 qonşu zavodun ərazisini də əhatə edib.
Yanğın nəticəsində daha 13 nəfər xəsarət alıb.