|
Papua Yeni-Qvineya sahillərində 7 bal gücündə zəlzələ olub

Papua Yeni-Qvineyada sahillərində 7 bal gücündə zəlzələ baş verib.

Trend-in ABŞ Seysmoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Taron şəhərindən 43 kilometr şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.