|
Ulduzların qırmızı xalçada makiyaj və saç düzümləri

Xəbər veridiyimiz ki, Amerika Kino Akademiyasının təsis etdiyi 90-cı “Oskar” mükafatının təqdimetmə mərasimi baş tutub.
Gecədə iştirak edən ulduzlar makiyaj və saç düzümləri ilə də diqqət çəkiblər.

Mövsümün ən dəbli saç dümüzünə üstünlük verən tanınmışlar ilk baxışda sadə, amma bir o qədər də cazibədar görünən makiyaj ediblər. Bu dəfə buruq, qısa ən çox seçim edilən saç düzümü olub.

Dodaq boyalarına gəlincə, bəziləri olduqca sadə, bəziləri isə parlaq rənglərə üstünlük veriblər.