|
"Zeytun budağı"nda 2777 terrorçu öldürüldü, 134 məntəqə azad edildi

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 2777-ə çatıb.

Trend-in məlumatına görə, ötən sutka ərzində PYD, YPG və İŞİD terror təşkilatlarının 109 üzvü məhv edilib.

Qeyd edək ki, Türkiyə Baş Qərargahının bu gün yaydığı son statistik məlumata görə, əməliyyatı çərçivəsində terrorçulardan azad edilən yaşayış məntəqələrinin sayı isə 134-ə çatıb.

 

Həmçinin 22 strateji yüksəkliyin də terrorçulardan təmizləndiyi qeyd edilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.