|
Cəlilabadda kişi həyat yoldaşını bıçaqlayıb

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun avtovağzal ərazisinin yaxınlığında qeydə alınıb.

Ərlə arvadın arasında düşən mübahisə ikincinin bıçaqlanması ilə nəticələnib. Yaralı Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Onların rayonun Cəfərli kənd sakinləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.