|
Muradda xəstəlik aşkarlandı

Müğənni Murad Dalkılıça həkimlər "Vertiqo" xəstəliyi (baş gicəllənmə, ürək bulanma, huş itirmə) diaqnozu qoyublar.
İfaçı sevgilisi, aktrisa Hande Erçellə getdiyi Amsterdam tətilində bir neçə dəfə özünü pis hiss edib.
Vətəninə qayıtdıqdan sonra Murad özəl xəstəxanalardan birində müayinədən keçib və həkimlər ona "Vertiqo" xəstəsi olduğunu deyiblər.