|
Ahmet Sılaya sillə vurub?

Müğənni Sıla tədbirlərdən birindən çıxarkən görüntülənib.
İfaçı aktyor Ahmet Kuralla bağlı sualları cavablandırıb. O, "Ahmetin sizə sillə vurması doğrudurmu" sualına belə cavab verib:
"Biz bu xəbərlərə gülürük. Ahmetlə küsməmişik. Dostluğumuz davam edir".

Qeyd edək ki, bir müddət əvvəl Sıla ilə Kuralın ayrılmasına sillənin səbəb olduğu vurğulanırdı. Belə ki, müğənninin aktrisa Dilan Çiçek Denizin keçmiş sevgilisi Okan Can Yantırla şam yeməyinə çıxması Ahmeti dəli edib. Sıla ilə dava edən aktyor mübahisə sırasında ona sillə vurub. Bu sillə Sılanın Kuraldan ayrılmasına səbəb olub. Şiddətə heç vaxt dözə bilməyəcəyini deyən müğənni onu tərk edib.