|
Eyyub Kərimovun ölümü gecə yox,

Hüquqşünas və “Femida” qəzetinin baş redaktoru Eyyub Kərimovun ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

virtualaz.org mərhumun əmisi oğlu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşı olan Bəxtiyar Kərimova istinadən xəbər verir ki, hadisə bundan əvvəl bəzi KİV-lərin bildirdiyi kimi bu gün martın 2-nə keçən gecə deyil, ötən gün - martın 1-də gündüz saatlarında baş verib.

Belə ki, səhər tezdən Eyyub Kərimovun həyat yoldaşı və qızı işə gediblər. O, evdə tək qalıb. Axşam həyat yoldaşı evə qayıdanda onun meyitini hamamda aşkarlayıb. Baş redaktorun günorta saatlarında keçindiyi təxmin edilir. Onun cənazəsi dəfn olunmaq üçün doğulduğu Qax rayonunun İlisu kəndinə yola salınıb.