|
Ermənilər Putini cinayətkar adlandırdı

Bu gün Ermənistan saytlarının əksəriyyətində Rusiya Federasiyası və onun prezidenti Vladimir Putin 27 oktyabr və 1 mart hadisələrinin əsas səbəbkarı və ssenari müəllifi kimi təqdim olunub.

Karabakh.tv xəbər verir ki, aparıcı kütləvi informasiya vasitələri müəlliflərinin fikrincə, bu hadisələr məhz Putinin gizli planı və təkidi nəticəsində Robert Köçəryanın əli ilə həyata keçirilib. Məsələn, 1in.am saytının əməkdaşı Sərkis Artsruni “27 oktyabrdan 1 martadək: Köçəryan hakimiyyətinin qanlı izləri” məqaləsində yazır:

“Bir mart müasir Ermənistan tarixində ən qanlı günlərdəndir. Artıq on ildir ki, ermənilər bu günü yazın gəlişi, təbiətin oyanışı kimi yox, hakimiyyətin öz insanlarına qarşı törətdiyi qanlı qisas günü kimi qeyd edir. Hətta zəbt olunmuş hakimiyyətin belə on ildə iki dəfə bu cür dövlətçilik əleyhinə cinayət törədə biləcəyini təsəvvürə gətirmək çox çətindir. 27 oktyabr özündə ideya və müstəqillik dəyərlərini daşıyan dövlət şurası ağsaqqallarına, elitaya qarşı bir addım idi. Həmin gün üçüncü respublikanın sonuncu kəndiri kəsildi. Və bununla da Robert Köçəryanın Ermənistana təsiri gücləndi: “ingilis krallıqlarından” sonuncusu Ermənistanın suverenliyi və ləyaqəti hesabına avtoritar liderə çevrildi. Onun arzusu Moskvanın, Ermənistanın suverenliyini məhv etmək və onu öz müstəmləkəsinə çevirmək istəyilə üst-üstə düşdü. Lakin Köçəryan hakimiyyəti və Moskva 2003-2004-cü illərdə ciddi ictimai təpki, 2008-ci ildə isə milli oyanış hərəkatı ilə qarşılaşdı. Nəticədə 27 oktyabra 1 mart da əlavə olundu. Rusiya imperiyası anladı ki, ictimai müqavimətin qarşısı alınmayınca, Ermənistanı sonunadək zəbt edə bilməyəcək. Təsadüfi deyil ki, 1 mart hadisələri Moskvada keçirilən Putin-Köçəryan görüşündən dərhal sonra baş verdi…”