|
Hamilə Keyt qarlı havada yaz paltarı geyindi
Böyük Britaniya şahzadəsi Uilyamın həyat yoldaşı, Kembric hersoginyası Keyt Middlton “Royal Foundation”un forumuna qatılıb.
Forum çərçivəsində sərgilərdə də iştirak edən 36 yaşlı hamilə hersoginya qarlı havaya baxmayaraq yaz üslubunda geyinib. Palto geyinməkdən imtina edən Keytin əynində “Orla Kiely”dən qara güllü don və dikdaban ayaqqabılar olub. Middltonun libasının qiyməti 675 dollaradır.
 
O, “kiki MCDonough”dan sırğa taxıb, “Jummy Choo”dan isə klaç çanta götürüb.