|
Qrizmann 100-ü keçdi

"Atletiko"nun futbolçusu Antuan Qrizmann üçün La Liqanın 26-cı turunda "Leqanes"lə oyun (4:0) əlamətdar olub.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, sözügedən matçda pokerə imza atan fransalı hücumçu Madrid klubu ilə vurduğu qolların sayını 102-yə çatdırıb. Bununla da o, 21-ci əsrdə "Atletiko"da 100 qol vuran komandanın üçüncü oyunçusu olub.

Qeyd edək ki, bundan əvvəl Serxio Aquero (101) və Fernando Torres (124) 100 qol səddini aşıb