|
Gecələr işləyən kişilərdə xərçəng xəstəliyi riski var

Kvebeksk universitetinin əməkdaşları apardıqları tədqiqatlardan sonra belə nəticəyə gəliblər ki, kişilər xərçəng xəstəliyindən daha çox əziyyət çəkirlər. Bu, ondan irəli gəlir ki, onlar gecə növbəsində daha çox çalışırlar.

 

Gecələr işləməyə vərdiş edən kişilərdə prostat vəzi xərçəngi yaranması ehtimalı gündüz növbəsində çalışan kişilərdən əhəmiyyətli dərəcədə çoxdur. Həmçinin kişilər sidik kisəsi, bağırsaq və ağ ciyərlərlə də bağlı ciddi problemlər yaşaya bilərlər. Onkoloji xəstəliklər istənilən orqana yayıla bilər. 

 

Gecələr çalışmağı xoşlayan qadınların da səhhətində problem yaranması mümkündür. Onların gecə fəaliyyəti süd vəzi xərçənginə gətirib çıxara bilər. Kanada universitetinin mütəxəssisləri belə bir statistika çıxarıblar: 10 il ərzində gecələr çalışan kişilərdə 27% hallarda xərçəng xəstəliyi aşkarlanır.

 

Alimlər o faktı da təsdiqləyiblər ki, günorta 30 dəqiqə yatmaqla xərçəngin inkişafının qarşısını almaq olar. O da qeyd olunur ki, əgər kişilər uzun illər günə 10 saatdan çox yatarlarsa, bu zaman xərçəng hüceyrələrinin inkişaf riski yüksələr. Yuxarıda qeyd olunmuş vərdişlər zamanı onkoloji xəstəliyin yaranma ehtimalı 43%-ə qədər artır. Gecə növbəsində çalışan kişilərin 76%-də ağ ciyər xərçəngi aşkarlanıb, 70 % kişilərdə isə sidik kisəsi problemləri yaranıb.

 

Alimlər deyirlər ki, problemlər əsasən melatonin ifrazının pozulmasından irəli gəlir. Bu maddə yuxu rejimini nizamlayır. Beləliklə, yuxu rejimi pozulduqda - gecə ilə gündüzün yeri dəyişdirildikdə orqanizmdə bir çox proseslər sıradan çıxır. Mütəxəssislərin fikrincə, on illərlə gecələr çalışmaq praktik olaraq onkoloji xəstəliyi qaçılmaz edir.