|
"Gəlməmişəm ki, şəxsi həyatımdan danışım"

Müğənni Gülay Zeynallı son vaxtlar verilişlərə getməməsinin səbəbini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, “Evimin qonaqları” verilişinə gələn sənətçi bildirib ki, qalmaqaldan qaçır:

“Verilişlərimiz ancaq qalmaqal istəyir. Adam əziyyətlə, dişi-dırnağı ilə bu səviyyəyə gəlib çıxıb. Mən bu reytinq xatirinə onu qurban vermək istəmirəm. Hər gün verilişə çıxa bilərəm. Amma bunu istəmirəm. 
Dəvət olunanda soruşuram qonaq kimdir, mövzu nədir? Bu, böyüklük kimi çıxmasın. Qalmaqal olan verilişə getmək istəmirəm. Çünki proqramdan sonra günlərlə yazacaqlar”.
Həyat yoldaşı, idmançı Kamil Zeynallı ilə bağlı sual Gülayı əsəbiləşdirib:
"Kamil də, mən də tək olanda işdən sual verirlər. Bir yerdə olanda ailədən danışırlar. Bu, mənə maraqlı deyil. Səhnəyə gəlməmişəm ki, şəxsi həyatımdan danışım. Məni verilişə çağıranda sənətimdən danışın"