|
Bu illərdə doğulan insanlarda PİYLƏNMƏ RİSKİ ən yüksəkdir

Cancer Research UK təkilatı piylənmə riski ilə bağlı xüsusi araşdırma aparıb.

Alimlər aşkar ediblər ki, 1980-ci indən 1990-cı illərin ortalarına qədər müddət ərzində doğulan insanlarda piylənmənin riski digər illərdə doğulan insanlarla müqayisədə ən yüksəkdir.

Mütəxəssislər artıq çəki və piylənmənin ürək-damar sistemi xəstəlikləri, şəkərli diabet, 13 xərçəng növü ilə (o cümlədən süd vəzi, bağırsaq, böyrəklər xərçəngi) əlaqəsini aşkar ediblər. Bu səbəbdən alimlər normal bədən çəkisini sağlamlığın ən vacib amillərdən biri kimi qiymətləndirir.

Alimlər qidalanmada meyvə-tərəvəz, paxlalar, sıyıqlar, süd məhsullarının miqdarını artırmağı, fast-fud, çox yağlı qidalar, şirniyyatların miqdarını isə minimuma azaltmağı tövsiyə edirlər.