|
Ölümcül viruslarla işləyən amerikalı xəstələndi və sirli şəkildə itdi

ABŞ-ın Atlant şəhər polisi xəstəliklərin nəzarəti və profilaktikası mərkəzinin 2 həftə öncə yoxa çıxan əməkdaşını axtarır. Bu haqda “CBS News” xəbər verib. Polisin məlumatına görə, 35 yaşlı Timoti Cerrel Kanninqemi sonuncu dəfə 12 fevralda görüblər.

 

Həmin gün o, özünü pis hiss etdiyi üçün yerli xəstəxanaya zəng edib. İtmiş şəxsin ailəsi onun evində özünə məxsus olan maşın, açarlar, kredit kartlar, pulqabı, telefon və itinin olduğunu aşkarlayıb. İtmiş amerikanın bacısı isə deyib ki, özünü dəhşət dolu serialın qəhrəmanı kimi hiss edir. Polis amerikalı gənc barədə istənilən informasiyanı verənə 10 min dollar mükafat təklif edir.

 

“Nyu-York Tayms” qəzetinin məlumatına görə, Kanninqem ölümcül viruslar Ebola və Zikanın müalicəsi zamanı yaranan səpkilərin araşdırılması üçün elmi qrupun üzvü idi. Artıq sosial şəbəkələrdə ölümcül virusla işləyən gəncin sirli yoxa çıxmasının təsadüfi olmadığı ilə bağlı versiyalar səslənir. Güman edilir ki, Kanninqem məhz bu virusdan dünyasını dəyişib.