|
Beyin əməliyyatı keçirən britaniyalı bütün sarışınları öldürmək istəyir

Böyük Britaniyada beyin əməliyyatı keçirən 47 yaşlı Maykl Uilyams əməliyyatdan sonra bütün sarışınları qətlə yetirmək istəyib. 4 il müddətinə azadlıqdan məhrum edilən ingilisin qəribə hekayəsi var. Onu 2017-ci ilin sentyabrında əlində beysbol taxtası və bıçaqla yaxalayıblar. Bundan öncə də kişinin həyatında bir çox qanun pozuntuları olub.

 

Polisə açıqlamasında kişi bildirib ki, onu maraqlandıran qadının maşınını vurmağa hazırlaşırdı. Bundan başqa, o, etiraf edib ki, bütün sarışın qadınları qətlə yetirmək istəyir. Onun bu etiraflarından xəbər tutan polis onu yenidən həbs edib. İstintaq zamanı eyni zamanda bəyan edib ki, onu yaxalayan polisi və uşaqlarını da öldürmək istəyir. Eyni təhdidləri o, türmə işçilərinə və onu müayinə edən psixiatra da ünvanlayıb.

 

İnsanları öldürmək istəyi Uilyamsda 5 il bundan əvvəl beynindəki şişi götürmək üçün keçirilən əməliyyatdan sonra yaranıb. Onun davranışları dəyişib, silah gəzdirməyə və qanunları pozmağa başlayıb. Məhkəmə zamanı psixiatr onun davranışları ilə bağlı birmənalı rəy verə bilməyib. Hakim bildirib ki, Uilyams insanları bəlli bir zövqlə təhdid edib və təhdidlərini həyata keçirmək arzusunu da nümayiş etdirib. Nəticədə hakim ona 4 il cəza verib. Bununla yanaşı, cəza müddəti ictimai təhlükəsizliyi pozmaq baxımdan 5 ilə qədər artırıla bilər.