|
Bakıda "Opel" yanıb

Bakıda yanğın olub.

Yanğın şəhərin Sabunçu rayonunda ümumi sahəsi 50 m2 olan rəngləmə sexində baş verib. Nəticədə sexin yanar konstruksiyaları və içərisində  olan "Opel" markalı avtomobilin yanar hissələri yanıb. Bitişik sexlər və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.