| Xəbər 4092 dəfə oxunub
UEFA İtaliya klubu ilə bağlı araşdırmaya başladı

UEFA İtaliyanın “Atalanta” klubu ilə bağlı araşdırmaya başlayıb.

Qol.az-ın xəbərinə görə, buna Avropa Liqasının 1/16 final mərhələsində “Borussiya” ilə oyunda (1:1) Dortmund təmsilçisinin hücumçusu Mişi Batşuayinin italiyalı azarkeşlər tərəfindən irqçi şüarlarla qarşılanması səbəb olub.

Bundan başqa, “Atalanta”lı fanatlar oyun ərzində meymun səsləri çıxarıblar.

Klubun cəzalandırılacağı gözlənilir.