| Xəbər 5470 dəfə oxunub
PSJ Mbappe ilə Koutinyonu dəyişir

İspaniyanın "El Pais" nəşri növbəti iddia yayıb.

Dünyaca məşhur mətbu orqan PSJ-nin Kilyan Mbappe ilə "Barselona"nın yarımmüdafiəçisi Felipe Koutinyonu dəyişdirmək istədiyini yazıb. Fransa klubunun Neymara görə bu addımı atmağa hazır olduğu vurğulanıb.
PSJ-də özünü narahat hiss edən Neymarın yaxın dostunu öz komandasında görmək istədiyi söylənilir. Hətta PSJ-nin sözügedən dəyişikliyə görə əlavə pul ödəyə biləcəyi ilə bağlı fikirlər də səslənir.