|
Dəniz Yılmazın komandası liderdən xal aldı

Türkiyə Superliqasında 23-cü tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, bu gün 1 matç keçirilib. Millimizin üzvü Dəniz Yılmazın şərəfini qoruduğu "Gənclərbirliyi" səfərdə "Başakşəhər"lə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

"Başakşəhər" - "Gənclərbirliyi" - 1:1
Qollar:
 Adebayor, 28 (1:0), Abdul Xalili, 50 (1:1)

Millimizin hücumçusu D.Yılmaz 60-cı dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, turnir cədvəlində 47 xalla "Qalatasaray" və "Başakşəhər" 1-2-ci pillələri bölüşdürür. "Beşiktaş" 44 xalla 3-cüdür. "Gənclərbirliyi" isə 26 xalla 13-cüdür.