|
Berlin kino festivalının əsas mükafatını “Toxunma” filmi alıb

“Toxunma” (Touch Me Not) filmi 68-ci Berlin kino festivalının baş mükafatı olan “Qızıl ayı”ya layiq görülüb.

AZƏRTAC xəbər verir ki, bunu şənbə günü festivalın münsiflər heyəti təntənəli mərasimdə elan edib.

“Toxunma” filmi Rumıniya, Almaniya, Çexiya, Bolqarıstan və Fransa kinematoqrafçılarının birgə layihəsidir. Filmin rejissoru rumın Adina Pintiliye çoxdandır xaricdə yaşayır və ingilis dilində filmlər çəkir. Münsiflər heyətinin seçimi tənqidçilər üçün əsl sürpriz olub. Filmdə öz fobiyaları ilə mübarizə aparan 50 yaşlı Loranın keçdiyi yoldan danışılır.

Fevralın 15-də start götürən nüfuzlu Berlin kino festivalında 385 film nümayiş olunub və onların 24-ü əsas müsabiqədə iştirak edib.