|
Araz üçün 72 dəqiqə

Kipr çempionatında 26-cı turun oyunları keçirilir. 

Qol.az-ın məlumatına görə, millimizin üzvü Araz Abdullayevin çıxış etdiyi “Anortosis” səfərdə AEL Limassolla qarşılaşıb.

Meydana start heyətində çıxan Araz 72-ci dəqiqədə əvəzlənib. Qarşılaşma “Anortosis”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu qələbə sayəsində xallarını sayını 56-ya çatdıran Abdullayevin komandası üçüncü pillədə qərarlaşıb.