|
Bu küçədə hərəkət məhdudlaşdırılır – XƏRİTƏ

Yasamal rayonu Əsəd Əhmədov küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq küçə boyu avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.

Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, qismən məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

 

Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.