|
Peris Hiltonun 2 milyonluq üzüyü
“Hilton” otellər şəbəkəsinin varisi, tanınmış dicey Peris Hilton Rihannanın ad günündə görüntülənib. 
Hilton gecəyə nişanlısı Kris Zilka ilə birlikdə qatılıb. Peris məkana daxil olarkən barmağındakı iri armudşəkilli nişan üzüyünü jurnalistlərə göstərib. Kris Hiltona evlilik təklif etdiyi zaman bağışladığı bu üzüyə 2 milyon dollar verib. 

Qeyd edək ki, 300 milyon dollar sərvəti olan Perislə Kris ailə qurmağa hazırlaşır.