|
Amerikalı itini xilas etmək istədi, həlak oldu

ABŞ-ın Kaliforniya ştatının sakini itini xilas etmək istəyərkən həlak olub.

Trend-in məlumatına görə, hadisə ştatın Deyli-Siti şəhərinin çimərliyində baş verib.

 

Gəzinti zamanı it qaçaraq qayanın kənarına yaxınlaşıb. Sahibi onu 150 metrlik uçuruma düşməkdən qorumaqa çalışıb, lakin bu zaman özü qayadan yıxılıb.

67 yaşlı kişi aldığı xəsarətdən hadisə yerində ölüb.