|
Nişanlansa da, ərə gedə bilmir

Müğənni, aktrisa Paris Hilton nişanlısı Kris Zilkayla ailə qurmağa hazırlaşır.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, cütlük nikah masasına oturmaq üçün vaxt təyin edə bilmir.

Buna səbəb isə Parisin vaxtının olmamasıdır. 

Dərgilərdən birinə müsahibə verən 36 yaşlı ifaçı "Hər gün məşğulam, rəsmən tək bir günüm belə boş deyil" deyib.