|
Şotlandiya millisində yeni baş məşqçi

Şotlandiya millisinin yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın “Sky Sports”a istinadən yaydığı xəbərə görə, Şotlandiya Futbol Federasiyasının yığmanın Aleks Maklişə tapşırılmasına qərar verib. 

59 yaşlı mütəxəssis 2 illik müqavilə imzalanacaq. 

Qeyd edək ki, “Birmingem”, “Aston Villa” klublarındakı fəaliyyəti ilə tanınan Makliş son olaraq Misir “Zamelek”ində çalışıb.