|
"Hamilə olanda belə ağrılarımı gizlədirdim"

“Həyat yoldaşımla evliliyimizin 10 illiyini qeyd etdik. Azərbaycanda olmama səbələrimdən biri də bu idi. 8 və 26 yanvar tarixləri bizim evlilik ildonümlərimizdir”.

Axşam.az-ın məlumatına görə, bu sözləri “Şou məkan” verilişinin qonağı olan əməkdar artist Manana Caparidze deyib. Sənətçi övladlarından söz açıb:

“Əvvəl ana olmağın necə bir hiss olduğunu anlamırdım. Qızım Elizabet və oğlum David dünyaya gəldikdən sonra mənim üçün həyat önəmli, mənalı və parlaq olmağa başladı. Nə mənim həyat yoldaşım, nə uşaqlarım, nə anam hiss edib ki, Manana bir az yorğundur. Mən hamilə olanda belə ağrılarım olsa da gizlədirdim”.

O, həyat yoldaşının ona heç vaxt qadağa qoymadığını söyləyib:

“Heç vaxt heç nə deməyib. Demirəm ki, bu şəraiti mən yaratmışam. Ola bilər ki, onun da təsiri var. Ancaq özümü yaxşı idarə edə bilirəm. Həyat yoldaşım da məni yaxşı tanıyır. O mənə hörmət edir və sevir. Mən də onu milyon dəfə çox sevirəm və hörmət edirəm”