|
“Dolunay”ın aktyoru Bakıya gəldi

“Dolunay” serialının aktyoru Armağan Zengin Bakıya gəlib.

Aktyor şəhər gəzintisindən fotosunu İnstaqram səhifəsində paylaşıb. O, şəklinə “Qardaş ölkədən salamlar” şərhini yazıb.

Qeyd edək ki, Armağan “Dolunay” serialında Burak obrazını canlandırır. O, eyni zamanda aparıcı və müğənni kimi tanınır.