| Xəbər 847 dəfə oxunub
Ərdoğan ABŞ-ı tənqid etdi:

“ABŞ Türkiyə ilə müttəfiq olduğunu bəyan edir, lakin Vaşinqton Türkiyəyə heç pulla da silah satmır, eyni zamanda, PKK-nın Suriya qanadını (YPG/PYD) pulsuz silahlandırır”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

Dövlət başçısı qeyd edib: "Rəsmi Ankara yaxşı bilir ki, ABŞ-ın YPG/PYD-yə verdiyi silahlar gələcəkdə Türkiyəyə qarşı istifadə olunacaq".

ABŞ və Türkiyə münasibətlərindəki böhrana toxunan R.T.Ərdoğanın sözlərinə görə, bu böhranın səbəbkarı Birləşmiş Ştatların Ankaradakı səfiri Con Bassdır:

 

"ABŞ Türkiyə ilə münasibətlərini bir səfirə görə qurban verməməlidir".