| Xəbər 716 dəfə oxunub
8 yaşlı qız göbələkdən zəhərlənərək ölüb

Volqoqradda 8 yaşlı qız göbələkdən zəhərlənərək dünyasını dəyişib.

Trend-in məlumatına görə, 8 yaşlı qız və valideynlərinin Yelan rayonundakı meşədən yığdıqları göbələkdən yedikləri bildirilir. Növbəti gün ailə zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına yerləşdirilib.

Qızın vəziyyəti ağırlaşdığına görə həkimlər onu vilayət mərkəzində müayinə edib. Həkimlərin səyinə baxmayaraq qız oktyabrın 11-də vəfat edib.

Faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticələrinə əsasən yekun qərar veriləcək