| Xəbər 469 dəfə oxunub
İŞİD Dəməşqdəki partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb

İŞİD terror qruplaşması Dəməşqdə çərşənbə günü baş verən partlayışlara görə msuliyyəti öz üzərinə götürüb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ərəb KİV-ləri məlumat yayıb.

Qeyd edək ki, oktyabrın 12-si Dəməşqdə, polis idarəsinin yaxınlığında 3 partlayış baş verib. Partlayışları terrorçu-kamikadzelər tərəfindən törədilib. Terror aktları nəticəsində azı 9 nəfər həlak olub, 10 nəfər isə yaralanıb.