|
Egey dənizində 5,1 bal gücündə zəlzələ olub

Egey dənizində 5,1 bal gücündə zəlzələ baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Patitiri şəhərindən 31 kilometr şərqdə, ocağı isə 6 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.