|
Balığın insan beyninə faydaları nələrdir?

Adətən balığın uşaqlara tərkibində mövcud beyin üçün faydalı fosforun çox miqdarda olduğu üçün verildiyi bilinir.

Lakin ABŞ-ın Şimali Karolina Universitetinin alimləri müəyyən ediblər ki, beyinə birbaşa təsir edən balığın tərkibindəki Omega-3 yağ turşusu, daha dəqiq dokozageksaen turşusudur. Dokozageksaen Omega-3-ün tərkibində olan iki yağ turşusundan biridir ki, sinir hüceyrələrinin membranı 20 faizini bu maddə təşkil edir.

Turşular sinir hüceyrələri arasında məlumatın ötürülməsində aparıcı rol oynayır ki, onların azlığı bu prosesin ləngiməsinə səbəb olur.

7-12 yaş arası uşaqlarda bu maddəni az qəbul etdikdə digərlərinə nisbətən dərslərində geriləmə müşahidə edilir. Məhz bu yaşlarda beyin strukturu yenidən biçimlənir. Bu baxımdan lazimi maddələrin qəbulu əqli fəaliyyətin düzgün inkişafı üçün çox vacibdir.

Alimlər bildiriblər ki, Omega-3 preparatının mövcud olmasına baxmayaraq onun təbii mənbələrdən qəbul edilməsi daha məqsədə uyğundur. Təbiətdə bu maddənin mənbəyi dəniz məhsullarıdır.

Cia.az