|
Daban çatlarından qurtulun -

Daban çatları bir çox insanın qarşılaşdığı ayaq problemlərindən biridir. Bu problem həm estetik baxımdan yaxşı görünmür, həm də narahatlıq və diskomfort hissi yaradır. Lakin evdə olan bir neçə vəsaitlə daban çatlarını yumşaltmaq mümkündür. Xüsusilə yayda çəkələk və sandal geyinən zaman çatlamış dabanlar estetik görünmədiyi üçün də ölü dəriləri aradan qaldırmaq vacibdir. Aile.lent.az bildirir ki, bu problemin öhdəsindən gəlmək elə də çətin deyil. Ehtiyacınız olan limon, xam pambıq və aspirindir.

Yumşaq ayaqlara sahib olmaq üçün təxminən 10 aspirini əzib toz halına gətirin və üzərinə limon suyu əlavə edib qarışdırın. Xüsusilə dabanınıza pambıq köməyilə sürtün və streç sellofanla sarıyın.

Gecə sürtüb yatmaq və ertəsi səhər yumaq daha yaxşı bir nəticə üçün məsləhətdir.

Bu qarışım pul-pul tökülən ölü dərinin aradan qaldırılmasını da təmin edəcək. Nəticə əldə etmək üçün ən az 1 həftə boyu maskanı tətbiq etmək lazımdır.