|
Qadınlar büstqalter taxmasa... -

Döşlərinizi dik tutmaq üçün büstqalterə ehtiyacınız olmadığını bilirdinizmi? Bir çox qadın büstqalter taxmadıqda döşlərinin sallanacağını düşünür. Amma bilmirlər ki, büstqalter taxmadıqda əslində nələr baş verə bilər. Aile.lent.az bu haqda maraqlı məlumatı təqdim edir.

Döşlərin ölçüsü böyüyər

Bir qabın formasına düşmək üçün çətinlik çəkməyən döşlər daha sürətlə inkişaf edəcək və böyüyəcək.

Forması inkişaf edəcək

Büstqalter taxmağın sallanmağın qarşısını aldığı düşünülür. Lakin Fransada aparılan araşdırmalardan birində büstqalter taxmadıqda döşlərin daha çox dikləşdiyi təsbit edilib. 

Daha sağlam olub 

Araşdırmalardan biri sübut edib ki, səhv ölçüdə büstqalter taxmaq narahatlığa və nəfəs darlığına səbəb olur. Büstqalter taxmadıqda isə qan dövranı sürətlənir və sinə əzələləri daha çox fəaliyyət göstərir.

Mütəxəssislər, tərlədikdə büstqalterin bakteriya yığını olacağını və buna görə büstqalter taxmamağın daha gigiyenik olduğunu deyirlər.

Daha yaxşı hiss etdirər

Uzun bir iş günündən sonra evə gedib büstqalterdən xilas olmağa tələsirsiniz? Xüsusilə büstqalter səhv ölçüdə olanda sizi çox narahat edər və özünüzü yaxşı hiss etməzsiniz.

Yuxu probleminin qarşısını alır

Gecə büstqalter taxırsınızsa, yatmaqda çətinlik çəkə bilərsiniz. Aparılan son araşdırmalara görə, gecə boyu büstqalter taxmaq yuxu problemlərinə səbəb olur və lazım olan qədər yatıb dincələ bilmirsiniz.

Qan dövranını nizamlayır

Yanlış ölçüdə və ya möhkəm büstqalterlər qan dövranına mane olur, nəfəs darlığı yaradır. Bu da gün ərzində yorğunluq hissi verir.

Təbii ki, büstqalterə ehtiyac olan hallar da var. Məsələn, idman edərkən döşləriniz böyükdürsə, taxa bilərsiniz, amma ekspertlər gün boyu lazım olmayan hallarda taxmamağı təklif edirlər.

Cia.az