|
Azərbaycanda qrip epidemiyası

Azərbaycanda mövsümi qrip virusuna yoluxma hallarında artım müşahidə olunur. Cia.az saytı xəbər verir ki, Səhiyyə Nazirliyi Sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımovun APA-ya verdiyi məlumata görə, hələlik vəziyyət epidemioloji hədd daxilindədir. Onun sözlərinə görə, ötən illərlə müqayisədə qripə yoluxanların sayı artır: "İnsanlar qripə tutulduğu zaman ilkin olaraq, poliklinikalara, təcili yardıma müraciət edir. Onlar xəstəlik simptomları baş verəndə nə qədər tez müraciət etsə, o qədər tez müalicə olunar və sağalar".

V.Qasımov bu gün sosial şəbəkələrdə qrip epidemiyasından bir nəfərin ölməsi barədə yayılan xəbərə münasibət bildirib. O, bu barədə məlumatsız olduğunu deyib.

Cia.az