|
İşləyən qadınların qarderobunda bu geyimlər olmalıdır

Müasir dövrdə bir çox qadın işləyir. Onlar hər gün gözəlliyini və şuxluğunu qorumağa məcburdurlar. Bununla yanaşı rahatlığı da unutmaq olmaz. İşgüzar qadınların qarderobunda olmalı 15 geyimlə sizi tanış edirik.

 

Sizi müdir kimi göstərən dar şalvar

 

Təbii ki, dar cinslərdən bəhs etmirik. Dar parça şalvar ombaya tam oturmalı, amma  ayaqlara da yapışmamalıdır. Balağı isə ayaq biləyinin bir az üstündə bitməlidir.

 

Qələm ətək

 

Qələm ətək tam bir ofis klassikasıdır. Ondan mükəmməlini tapmaq olduqca çətindir. Buna görə də qələm ətəyi geyinməzdən əvvəl dərziyə aparıb bədəninizə görə düzəlişlər etdirin. Ətəyinizin bel qismi tam oturarkən omba hissəsi çox rahat olmalıdır.

 

Çiyinlərinizə biçilən pencək

 

Yaxşı bir pencək boyunuzun uzun görünməsini təmin edər. Eyni zamanda özgüvəninizi də artırar. Sadə və gözəl görünmək üçün ideal olan pencəyi qarderobunuzda hər şeyə uyğunlaşdıra bilərsiniz.

 

Ağ köynəyi hər yerə geyinə bilərsiniz

 

Bəzəksiz, naxışsız sadə bir ağ köynək heç vaxt problem deyil. Qələm ətəklə, parça, yaxud cins şalvarla və ağlınıza gələ istənilən paltarla geyinə bilərsiniz. Bütün gün qəşəng görünmək üçün qırışmayan parçadan olan ağ köynək seçin.

 

Ayaqları uzun göstərən yüksək bel şalvar

 

Dar, ya da enli yüksək belli şalvarları istənilən qadın seçə bilər. Hündürdaban ayaqqabılarla geyindikdə ayaqlarınız möhtəşəm görünəcək.  

 

Rahat, qara hündürdaban ayaqqabı

 

Rahat ayaqqabı tapana qədər bir az əziyyət çəkəcəksiniz. Lakin tapdıqda buna dəydiyini görəcəksiniz. Dabanın çox yüksək olmamasına və ucunun iti olmasına diqqət edin.

 

Babetlər

 

Hündürdaban ayaqqabıların içində nə qədər rahat olsanız da, hər gün onları geyinmək əziyyət olacaq. Bu zaman köməyə babetlər gəlir. Ona görə də ofisdə mütləq babet saxlayın.

 

Bədənə yapışan don

 

İş saatları xaricində qatılacağınız hər hansı bir kokteyl üçün bədənə yapışan bir paltarınızın olması şərtdir. Aksessuarlarla bəzəyəcəyiniz qara, göy və boz kimi neytral rəngləri seçin.

 

Ətək görünüşlü şalvar

 

Qısa bir ətək şalvarınız yoxdursa, almağa tələsin. Qısa ətək şalvarlar ətək qədər gözəl görünür.

 

Hər zaman geyə biləcəyiniz plaş

 

Bir ofisdə işləyən və ya işləməyən hər qadının qarderobunda plaş olmalıdır. Zərif plaşlar cins şalvar və idman ayaqqabıları ilə gözəl kombinə edilə bilər.

 

Tünd rəngli cins şalvar

 

Rahatlığınızı əldən verməmək və şuxluğunuza güzəştə getməmək üçün tünd rəngli enli ayaqlı cins şalvarlar seçin.

 

Kimano ipək bluz

 

Sərin havalı günlərdə pencək və ya jaketlə geyinə biləcəyiniz kimano ipək bluz şkafınızda ən çox istifadə etdiyiniz geyim olar. Şalvar və ətəklərinizin içinə saldığınız bluzun neytral rəngdə olması ideal seçimdir.

 

Sərin havaların xilaskarı boğazlı kofta

 

Qolsuz ipək bluzun qış üçün alternativi boğazlı koftadır. Sadə rənglərdən seçəcəyiniz boğazlı koftanı pencək, jilet və jaketlərinizin altından geyinə bilərsiniz.

 

Çiyninizə ata biləcəyiniz şal

 

Çölə çıxarkən boynunuza dolaya biləcəyiniz şala hər zaman ehtiyacınız var.

 

Böyük, lakin dəbli çanta

 

Pulqabı, açarlar, telefon, kitab, ətir, makiyaj çantası, ehtiyat ayaqqabı... Bütün bunları kiçik bir çantaya sığdırmaq mümkün deyil.

Cia.az