| Xəbər 92054 dəfə oxunub
Makiyajsız, fotoşopsuz çılpaq qadınlar...

İnsanlar nə qədər daxili gözəlliyə önəm verdiklərini bildirsələr də, çox qadın sallanan qarnından, böyük ombasından, doğuş ləkələrindən, çox balaca və yaxud çox böyük sinəsindən əziyyət çəkir. Qarşı tərəfə, həmcinslərinə xoş görünmək üçün daim əskiklərini bağlamağa çalışır və çox zaman narahat olur.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “The Nu Project” artıq 10 ildir ki, qadınların təbii halında da gözəl olmasını sübut etmək üçün nude fotolardan ibarət layihə hazırlayır. Bugünə kimi Şimali Amerika, Cənubi Amerika və Avropada 250-dən çox qadının layihə üçün fotosu çəkilib, həyat hekayəsi dinlənilib.

Layihədə çəkilən qadınlar üçün 21 yaş həddi qoyulub. Şəkillər çılpaq çəkildiyi üçün layihə rəhbərləri 18, 19 yaşlı qızların sonradan peşman olacağını düşünüb. Qadınlar daha çox makiyajsız, təbii işıqda və fotoşopsuz çəkilir.

Layihə rəhbərləri fotoqraf Matt Blum ve Katy Kessler kişilərdən də layihədə iştirak etmək üçün xeyli sayda müraciət aldıqlarını bildirib. Ancaq layihə sırf xarici görünüşlərinə görə daim əziyyət çəkən qadınlar üçün nəzərdə tutulub. 

Layihədə iştirak edən hər bir qadın artıq çəkisi, doğuşdan sonra sallanmış qarnı və ləkələri ilə hər kəsə meydan oxuyur.

Cia.az