| Xəbər 13794 dəfə oxunub
Rafaeli ana olacaq

Məşhur israilli model Bar Rafaeli ana olacaq.

Cia.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, 30 yaşlı model bu barədə sosial şəbəkədə bildirib.

O, “İnstagram” hesabında hamiləlik testinin nəticəsini paylaşıb.

Testin müsbət çıxdığını bildirən model körpə şəkli də paylaşaraq “2016-cı il belə keçəcək. Xoşbəxt və sağlam il olsun” deyə yazıb.

Qeyd edək ki, B. Rafaeli 2015-ci ilin sentyabr ayında iş adamı Adi Ezra ilə ailə qurub.

Cia.az